|
Azadlıq
Hərkatçıları Birliyi.
Azadlıq Hərəkatçıları Birliyinin (AHB) yaradılması ideası 2005-ci
ilin sentyabrında ortaya çıxmışdır. Azərbaycan müstəqilliyi uğrunda mübarizənin
önündə getmiş bir qrup hərəkatçı 2005-ci ilinsentyabr ayında Bakının Buzovna qəsəbəsində
Azərbaycan Xalq Hərəkatı partiyasının sədri Nəsir Ağayevin bağ evində toplaşaraq
təşşəbüs Qrupu (TQ) yaratmışlar. Həmin TQ təşkilatının Mərəmnamə və Nizamnaməsinin
hazırlamış, 2006-cı il yanvar ayinin 08-də keçirilmiş 1-ci(Təsis) Qurultayında Məramnamə
və Nizamnamə müzakirə edilərək qəbul olunmuş, beləliklə AHB təsis edilmişdir.
AHB-də lider yoxdu, təməl prinsipləri millətşilik, Vətənçilik və Dövlətçilik olan
AHB-nin lideri onun ideyasıdır. AHB Ali Şurasınınqəbul etdiyi qərarlar Ali İcra
Heyəti tərəfindən həyata keçirilir. Təşkilatın fəaliyyətinə nəzarət funksiyasını
ali Nizamnamə Komissiyası həyata keşirir.
Ali İcra Heyəti 7 nəfərdən ibarətdir. Ali Şuranın 31 yanvar 2006-cı il tarixli ilk
yığıncağında Təhmasib Yüzasif oğlu Novruzov Ali İcra Heyətinin sədri seçilmişdir.
Hal-hazırda AhB-nin 15-ədək rayon (şəhər) şöbələri, Analitik İnformasiya Mərkəzi
təsis olunmuş, Qadınlar Şurasının və gənclər Təşkilatının yaradılması üçün hazırlıq
işləri aparılır.
Təşkilatın fəaliyyəti, məramı, məqsədi və digər məsələlərlə saytın sənədlər səhifəsində
ətraflı tanış ola bilərsiniz.
AHB
Ali İcra Heyəti.
|
|
|